qısa məzmun tələb et
TESTING VƏ KEYFİYYƏT TƏMİNATI
GÖSTƏRDİYİMİZ XİDMƏTLƏR
KEYFİYYƏTƏ NƏZARƏT VƏ PROQRAM TƏMİNATININ TESTİNG-İ
Texnologiyalar əsrində gündəlik bir çox tətbiqetmə və saytlar yaranır və buna görə də testing prosesi günbəgün daha aktual olur. Testing saytın və ya tətbiqetmənin son mərhələsi olduğuna görə proqram təminatının yaradılması prosesində vacib elementdir.
CRBN TECH TESTİNG XİDMƏTLƏRİ
CRBN Tech şirkətində proqramçılar sizin proqram təminatınız üçün testing xidmətlərini təklif edirlər (proqram kodu, sayt və ya tətbiqetmə). Mütəxəssislərimiz üçün əsas məqsəd - proqram təminatının davamlı olduğunu və istifadəyə yararlığını təmin etmək və biznesinizin tələblərinə uyğun olduğunu müəyyən etməkdir. Testing-ə başlamamışdan öncə bizim komanda layihəni təhlil edəcək, uyğun testing növlərini seçəcək, iş prosesinin planını quracaq və testing-ə keçəcək.
CRBN TECH TESTİNG XİDMƏTLƏRİ
  • FUNKSİONAL TESTİNG
    Proqram təminatının testi kodun bütün komponentlərinin və interfeysin düzgün işlədiyindən əmin olmaq üçündür.
  • YÜKLƏNMƏNİN TESTİNG-İ
    Saytın və ya tətbiqetmənin normal və maksimal yüklənmə şərtlərində işləməsinin yoxlanışıdır
  • İNTEQRASİYA TESTİNG-İ
    Proqram təminatının komponentləri digər sistem və modullar ilə kombinasiya olunaraq qarşılıqlı təsirləri yoxlanılır
  • REQRESSİYA TESTİNG-İ
    Dəyişikliklər olunandan sonra proqram təminatının işə yararlığını yoxlamağa istiqamətlənən testing növüdür.
  • PERFORMANS TESTİNG-İ
    Proqram təminatının düzgün işləməyini uyğun yükləmə altında yoxlayır
  • UYĞUNLUQ TESTİNG-İ
    Bu testing-in məqsədi proqram təminatının brauzerlər, OS, aparat təminatı ilə uyğunluğunu yoxlamaqdır.
  • TƏHLÜKƏSİZLİYİN TESTİNG-İ
    Proqram təminatının fərqli hücumlara qarşı həssaslığını qiymətləndirməyə istiqamətlənən testing növüdür
  • İSTİFADƏ TESTİNG-İ
    Vebsaytın və tətbiqetmənin istifadəçi istəyinə uyğun dizaynının dəyişdirilməsi
PROQRAM TƏMİNATININ TESTİNG XİDMƏTİNİN QİYMƏTİ
Bizim layihələrimiz istifadəyə yararlığına görə dəqiqliklə yoxlanışdan keçir, çox vaxt resursun irəliləyişini dayandıran ən xırda səhvlər və bug-lar üzə çıxarılır və müştəriyə birinci günlərdən gəlir gətirən hazır məhsul təqdim olunur. Bakıda keyfiyyətli testing xidmətlərinin dəyərini bilmək istəyirsiz? Elə bu gün bizim menecerlərimizə zəng edin və sərfəli təklif alın.
Öz ideya və ya layihələriniz haqqında bizə danışın.
Bizimlə əlaqə